Paris-2024: Qaşım Maqomedov gümüş medal qazandı - YENİLƏNİB

Paris-2024: Qaşım Maqomedov gümüş medal qazandı - YENİLƏNİB
08.08.2024 00:07
Aa
dəq

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.

Q.Maqomedov görüş zamanı ayağından ciddi zədə alıb. Ayağını yer basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.

Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib.

***

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışları start götürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qaşım Maqomedov irlandiyalı Cek Uolli ilə üz-üzə gəlib.

Döyüşün ilk raundunu 7:4, ikinci raundu isə 11:7 hesablı qələbə ilə bitirən idmançımız 1/4 finala vəsiqə qazanıb.

Həftənin ən çox oxunanları

"Formula 1" pilotu cəzalandırılıb

DAVAMIN OXU davamın oxu

Şahmatçılarımızdan daha bir qələbə

Şahmatçılarımızdan daha bir qələbə
DAVAMIN OXU davamın oxu

"Formula 1"-in qalibi bu gün bəlli olur

DAVAMIN OXU davamın oxu

Lekler sıralama turunu lider başa vurdu

Lekler sıralama turunu lider başa vurdu
DAVAMIN OXU davamın oxu

Avropa Paralimpiya Komitəsinin prezidenti Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb

Avropa Paralimpiya Komitəsinin prezidenti Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb
DAVAMIN OXU davamın oxu