Operativ Məlumat Mərkəzi

"Nəriman Nərimanovun abidəsi sökülməyib" - AÇIQLAMA

2 dəq
Paylaş:
"Nəriman Nərimanovun abidəsi sökülməyib" - AÇIQLAMA

"Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun şəhərindəki büstünün sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".

"Operativ Məlumat Mərkəzi-OMM" Reporta istinadən xəbər verir ki, son günlər bir sıra informasiya portallarında və hesablarında N.Nərimanovun Naxçıvan şəhərində büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən yayılıb.

"Bildiririk ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır.

Diqqətə çatdırırıq ki, aparılan təmir- ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülüb. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaqdır.

Hər kəs tarixini də, ədiblərini də, ictimai-siyasi və dövlət xadimlərini də yaxşı tanıyır", - İcra Hakimiyyətindən bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax