Operativ Məlumat Mərkəzi

"Nəriman Nərimanovun abidəsi sökülməyib" - AÇIQLAMA

2 dəq
Paylaş:
"Nəriman Nərimanovun abidəsi sökülməyib" - AÇIQLAMA
son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında N.Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı...

"Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir".

"Operativ Məlumat Mərkəzi-OMM" Reporta istinadən xəbər verir ki, son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında N.Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

"Bildiririk ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır.

Diqqətə çatdırırıq ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülüb. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaqdır.

Hər kəs tarixini də, ədiblərini də, ictimai-siyasi və dövlət xadimlərini də yaxşı tanıyır", - İcra Hakimiyyətindən bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər