Operativ Məlumat Mərkəzi

Ordumuzun hərbçisi faciəvi şəkildə öldü - Foto

1 dəq
Paylaş:
Ordumuzun hərbçisi faciəvi şəkildə öldü - Foto
F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobildəki sərnişin, Tovuz rayon Düz Cırdaxan kənd...

Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobildəki sərnişin, Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusudur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər