Operativ Məlumat Mərkəzi

Moskva və Voronejdə xüsusi rejim ləğv olunub

1 dəq
Paylaş:
Moskva və Voronejdə xüsusi rejim ləğv olunub

Rusiyanın Moskva şəhəri, habelə Moskva və vilayətlərində əməliyyatı rejimi ləğv olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, iyunun 24-dən tətbiq olunan rejimin ləğvinə qərar verilib.

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax