Operativ Məlumat Mərkəzi

Moskva və Voronejdə xüsusi rejim ləğv olunub

1 dəq
Paylaş:
Moskva və Voronejdə xüsusi rejim ləğv olunub
iyunun 24-dən tətbiq olunan rejimin ləğvinə qərar verilib. Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin...

Rusiyanın paytaxı Moskva şəhəri, habelə Moskva və Voronej vilayətlərində antiterror əməliyyatı rejimi ləğv olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"Rusiya mətbuatına istinadən xəbər verir ki, iyunun 24-dən tətbiq olunan rejimin ləğvinə qərar verilib.

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər