Əsas məzmuna keç

Məşhur aktyorun ölümünə görə 5 nəfər SAXLANILDI

Məşhur aktyorun ölümünə görə 5 nəfər SAXLANILDI

ittihamlar bu gün Los-Ancelesdə keçirilmiş mətbuat konfransında elan edilib. ABŞ Prokurorluğunun yaydığı məlumata görə, həbs olunanlar 2 həkim, Metyu...

ABŞ-də məşhur Perrinin ilə əlaqədar 5 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ittihamlar bu gün Los-Ancelesdə keçirilmiş konfransında elan edilib.

ABŞ Prokurorluğunun yaydığı məlumata görə, həbs olunanlar 2 həkim, Metyu Perrinin evində yaşayan şəxsi köməkçisi, “ketamin kralı” adlandırılan şəxs və digər tədarükçüsüdür.

Onlar aktyorun ölümünə bir neçə həftə qalmış ona ketamin adlı maddə verməkdə ittiham olunurlar. Onlar nə etdiklərindən xəbərdar olublar və maddədən asılı olan şəxsin vəziyyətindən sui-istifadə edərək bunu daha çox pul qazanmaq məqsədilə ediblər.

Metyu Perri 1994-2004-cü illərdə NBC-də yayımlanan rekord izləməyə malik məşhur “Dostlar” (“Friends”) serialının ulduzlarından biridir. 54 yaşlı aktyor ötən ilin oktyabrında evində ölü tapılıb. O, yüksək dozada maddə qəbul etdiyi üçün həyatını itirib.

Metyu Perri dünyasını dəyişib |

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…