Operativ Məlumat Mərkəzi

MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

1 dəq
Paylaş:
MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

MDB Parlamentlərarası Assambleyası (MDB PA) 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkiləri izləmək üçün qrupu formalaşdırır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumun xidmətindən məlumat verilib.

Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin MDB PA-dan olan müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

“Hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi İnstitutunun ekspertlərindən müşahidəçilər qrupu yaradılır”, - mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamına əsasən, seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax