Əsas məzmuna keç

Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti Moldova rəhbəri ilə ikitərəfli əlaqələrin perspektivlərini müzakirə edib. İki ölkə arasında siyasi və iqtisadi dialoq genişlənir.

en ru

İlham Əliyev Moldova Prezidenti Maya Sanduya ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım ,

Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı .

Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.

Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayram”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…