Əsas məzmuna keç

Rusiyadakı səfirliyimizin qonaq evi qarşısındakı təxribata - Rəsmi Bakıdan reaksiya

Rusiyadakı səfirliyimizin qonaq evi qarşısındakı təxribata - Rəsmi Bakıdan reaksiya

XİN-in mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın Moskvadakı diplomatik missiyasına qarşı törədilən vandalizm aktını sərt şəkildə pisləyib.

en ru

“Bu gün günorta radələrində Azərbaycanın Rusiyadakı Səfirliyinin evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyirik”​.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

“Bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğu istisna edilmir.

Azərbaycan tərəfi Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırır.

Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməsini gözləyirik”, - bəyanatda deyilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…