Azərbaycan və Böyük Britaniya əlaqələri hansı səviyyədə inkişaf edir?- AÇIQLAMA

Azərbaycan və Böyük Britaniya əlaqələri hansı səviyyədə inkişaf edir?- AÇIQLAMA
17.07.2024 15:28
Aa
dəq

Azərbaycan və Böyük Britaniya əlaqələrinin inkişaf səviyyəsindən danışanda biz bu əlaqələrin daha çox müxtəlif aspektli multilateral sahələri əhatə etdiyini əminliklə deyirik.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında VI çağırış Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

"Böyük Britaniya Azərbaycanın müstəqilliyinin ilk günlərindən bəri ölkəmizlə sıx əlaqələrə can atan, Azərbaycanla yaxın münasibətlər quran ölkələrdən biridir. Təsadüfi deyil ki, məhz Azərbaycan müstəqilliyində əldə edilmiş böyük uğurlar, böyük geosiyasi, geoiqtisadi enerji sahəsində layihələr məhz Böyük Britaniya ilə əməkdaşlığın bir komponenti kimi nəzərdən keçirilə bilər".

Tural Gəncəliyev həmçinin qeyd edib ki, dünyanın ən böyük neft-qaz istiqamətində ixtisaslaşmış “British Petroleum” şirkəti Azərbaycanla çox yaxından əməkdaşlıq etmiş, çoxlu investisiyalar yatırmış və Böyük Britaniyanın və dünyanın ən böyük şikətlərindən hesab olunur. Bu, bizim münasibətlərimizin nə qədər dərin, hərtərəfli olduğunu göstərir.

"Eyni zamanda, onu qeyd etmək lazımdır ki, xalqımız üçün 30 il ərzində davam etmiş qanlı, faciəli erməni təcavüzü, erməni işğalına münasibətdə də Böyük Britaniyanın həmişə praqmatik beynəlxalq hüquqa dəstək verən mövqeyi ortada olub.

Bu, istər Böyük Britaniyanın hələ vaxtilə Avropa İttifaqının üzvü olarkən, istər BRİKS-dən sonra Böyük Britaniya bizim münasibətlərimizə baxdıqda, bu münasibətlərin siyasi kontekstdə daha çox praqmatik, konstruktiv məcrada inkişaf etdiyini görmüş olarıq. Böyük Britaniya ilə Azərbaycan arasında eyni zamanda qarşılıqlı rəsmilərin səfərləri ən yüksək səviyyədə dövlət, hökumət başçılarının səfərləri də tarixən bu əlaqələrin inkişafına təkan vermişdir. Cənab Prezidentin Böyük Britaniyaya səfəri məhz bu əlaqələrin daha da inkişaf etməsinə həmişə töhfə vermişdir və bundan sonra da belə olacağını düşünürəm.

Təbii ki, biz Böyük Britaniyanı dünyanın güc mərkəzlərindən biri kimi hesab etsək, Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının üzvü olduğunu və dünyada əsas aparıcı qüvvələrdən biri olduğunu nəzərdən keçirsək, Azərbaycan məhz qarşılıqlı bərabər əməkdaşlıq əlaqələrinə can atan Böyük Britaniyanın nə qədər bizim ölkənin geosiyasi çəkisinə, geosiyasi gücünə diqqət verdiyini və Azərbaycan liderinin də dünyanın ən güclü liderləri sırasında olduğu məsələsi kontekstindən də yanaşmaq olar. Çünki Böyük Britaniya həmişə müxtəlif dünya regionlarında o güclərlə, ölkələrlə əməkdaşlıq edir ki, onlar strateji xarakterli olan ölkələr hesab olunurlar".

Millət vəkili hesab edir ki, nəinki Cənubi Qafqazda, Böyük Avrasiya regionunda, xüsusilə də yeni formalaşmaqda olan “Türk Dövlətləri Təşkilatı”nın döyünən ürəyi olan Azərbaycanın, həmçinin Uzaq Şərqdən, Çindən Avropaya uzanan transport və dəhlizlərin ölkəmizdən keçməsi, şimal-cənub marşrutunun da ölkəmizdən keçərək kəsişməsi, Azərbaycanı dünyanın ən aparıcı güclərindən biri olan Böyük Britaniya üçün maraqlı tərəfdaş edir.

“Bu baxımdan da, bizim münasibətlərimizin bu söylənilən kontekstlərdən inkişafı üçün əlavə imkanlar mövcuddur”,- deyə Tural Gəncəliyev yekunlaşdırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu