Əsas məzmuna keç

Liviya Mərkəzi Bankının rəhbəri ölkədən qaçıb

Liviya Mərkəzi Bankının rəhbəri ölkədən qaçıb

bu barədə "Financial Times" bankın rəhbərinə istinadən məlumat yayıb. “Silahlı dəstələr bank işçilərini təhdid edir, bəzən onların uşaqlarını və...

Liviya Mərkəzi Bankının rəhbəri əl-Kəbir və bankın əməkdaşları silahlı dəstələrdən xilas olmaq üçün ölkədən qaçıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə " " bankın rəhbərinə istinadən məlumat yayıb.

“Silahlı dəstələr bank işçilərini təhdid edir, bəzən onların uşaqlarını və qohumlarını qaçırırlar”, - Sadiq əl-Kəbir qəzetə telefonla müsahibəsində bildirib.

O vurğulayıb ki, Abdel Həmid Dbeyba və qərb səlahiyyətlilərinin bankın yeni rəhbəri ilə bağlı razılığa gəlməli olmasını nəzərdə tutan BMT razılaşmalarını pozaraq onu qanunsuz olaraq vəzifəsindən uzaqlaşdırmağa cəhd edib.

FT-nin məlumatına görə, daha əvvəl əl-Kəbir baş naziri izafi xərclərə yol verməkdə ittiham edib. Daha sonra Tripoli şəhərinin hökumət komitəsi Mərkəzi Bankın binasını ələ keçirib. Bankın rəhbəri ölkənin şərqindəki parlament tərəfindən dəstəklənir.

Mərkəzi Bankın ələ keçirilməsinə cavab olaraq şərq hökuməti neft hasilatını dayandırdığını elan edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…