Əsas məzmuna keç

ABŞ-nin raketləri bitir? - İrandakı əməliyyatların ağır nəticəsi

ABŞ-nin raketləri bitir? - İrandakı əməliyyatların ağır nəticəsi

The Financial Times: Pentaqonun Tomahawk arsenalı seyrəlir. Hörmüz boğazındakı böhran nefti 100 dollara qaldırıb. ABŞ-ın 50 milyardlıq yeni planı nələri vəd edir?

en ru

ABŞ-nin İran əleyhinə hərbi əməliyyatları başlayandan bəri ölkənin illərdir ehtiyatda saxladığı vacib sursatları tükənmək üzrədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Bildirilib ki, arsenalın sürətlə tükənməsi arasında "Tomahawk" qanadlı raketlərinin ehtiyatları da yer alır.

Mənbələrə görə, “"Tomahawk" raketləri böyük xərc tələb edir… Hərbi Dəniz Qüvvələri bu xərclərin təsirini gələcək illərdə də hiss edəcək”.

Hərbi xərclərin artması administrasiyasına təzyiqi artırır. Belə ki, İran və İsrailə qarşı birgə əməliyyatlar boğazından keçən gəmilərin hərəkətinə çətinlik yaradıb və neftin barel qiymətinin 100 dollardan yüksək olmasına səbəb olub.

Qeyd edilib ki, yaxın günlərdə Pentaqon Ağ Evə və Konqresə əlavə müdafiə xərcləri üçün 50 milyard dollara qədər rəsmi sorğu təqdim etməyi planlaşdırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…