Əsas məzmuna keç

ABŞ Avropanı niyə bölmək istəyir? - Kallasdan sərt açıqlama

ABŞ Avropanı niyə bölmək istəyir? - Kallasdan sərt açıqlama

Kaya Kallas Vaşinqtonun Aİ-ni parçalamaq cəhdlərini ifşa etdi. Financial Times-a danışan rəsmi, Ağ Evin hərbi planları və yaranan gərginliyin detallarını açdı.

ru en

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya ABŞ administrasiyasını Avropanı bölmək istəməkdə ittiham edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə o, " " qəzetinə müsahibəsində danışıb.

“Düşünürəm ki, hər kəsin ABŞ-nin Avropanı bölmək istədiyini çox açıq şəkildə bildirdiyini başa düşməsi vacibdir. Onlar Avropa İttifaqını sevmirlər”, – deyə o qeyd edib.

Aİ rəsmisinin sözlərinə görə, Vaşinqtonun yanaşması “düşmənlərimizin” istifadə etdiyi taktikaları xatırladır. O vurğulayıb ki, hazırda ABŞ ilə Avropa İttifaqı arasında “çox mürəkkəb münasibətlər” mövcuddur.

Kallas əlavə edib ki, bu yanaşma Ağ Ev tərəfindən dekabr və yanvar aylarında dərc olunan ABŞ Milli və Müdafiə Strategiyalarında da əksini tapıb. Həmin sənədlərdə Avropada “müqavimətin inkişaf etdirilməsi” və ABŞ-nin qitədəki dəstəyinin “kalibrlənməsi” ilə bağlı çağırışlar yer alıb.

Onun sözlərinə görə, hazırda Aİ-nin 27 üzvü ABŞ ilə münasibətlərin necə qurulması məsələsində fikir ayrılığı yaşayır.

Kallas qeyd edib ki, qısa müddətdə həm Vaşinqtonu məmnun etmək, həm də ABŞ-dən asılılığı azaltmaq üçün imkan mövcuddur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…