Operativ Məlumat Mərkəzi

Livandan endirilən raket zərbələri nəticəsində İsraildə 19 nəfər yaralanıb

2 dəq
Paylaş:
Livandan endirilən raket zərbələri nəticəsində İsraildə 19 nəfər yaralanıb

Livan ərazisindən İsrailin bölgəsindəki məntəqələrinə 3 raketin atılması nəticəsində 19 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “”ə istinadən xəbər verir.

Bundan əlavə, İsrailin milli təcili yardım daha əvvəl Tira şəhərinin mərkəzində 11 nəfərin yaralandığını bildirmişdi. Xidmətin məlumatına görə, 3 nəfər orta dərəcəli, qalan 8 nəfər isə yüngül xəsarət alıb.

İsrail Müdafiə Qüvvələri teleqramda şənbə günü səhər saatlarında İsrailin mərkəzindəki bir neçə bölgədə həyəcan siqnalının işə düşdüyünü bildirib. Siqnallar Hertsliya, Raanana, Kfar Saba və Tirada səslənib.

İsrail ordusu Livan ərazisindən ölkəyə doğru 3 atıldığını, ikisinin havada məhv edildiyini, bir raketin isə İsrail ərazisinə düşdüyünü açıqlayıb.

Ardından “İraqdakı İslami Müqavimət” təşkilatı İsrailin şimalındakı həyati vacib hədəflərə pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb. Hələlik qrupun bu addımının zərərçəkənlərlə bağlı olub-olmadığı məlum deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax