Əsas məzmuna keç

Kəlbəcər və Laçında tullantılar üçün poliqonların yaradılmasına başlanılıb

Kəlbəcər və Laçında tullantılar üçün poliqonların yaradılmasına başlanılıb

və Laçın rayonlarının inzibati ərazilərində "təhlükəsiz bərk poliqonları"nın layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Təmiz Şəhər" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hər iki rayonda yerləşən 10 hektar ərazini əhatə edəcək və tutumu 50 min kubmetr olacaq. Hər iki poliqonun yerləşdiyi ərazidə mühəndis geoloji və hidroloji axtarış işləri aparılacaq.

Xatırladaq ki, 2022-ci ilin noyabr ayının 16-da İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.

Proqrama əsasən, Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları üzrə 9 poliqon ərazisi müəyyən edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…