Əsas məzmuna keç

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edilib

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edilib

rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kəlbəcər rayonunda Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.

Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində yolka ağacı bəzədilib, və Qar qız uşaqlara hədiyyələr təqdim ediblər. Musiqi sədaları altında davam edən bayram şənliyi uşaqlara böyük sevinc hissi yaşadıb. Tədbirdə iştirak edə bilməyən uşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub, onlara bayram hədiyyələri çatdırılıb.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 32 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 33 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 85 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…