Əsas məzmuna keç

Horovlu kəndinə daha 20 ailə köçürüldü

Horovlu kəndinə daha 20 ailə köçürüldü

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə əhalinin mərhələli şəkildə qaytarılması prosesi – “Böyük Qayıdış” proqramı...

ru en

İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad ərazilərə əhalinin mərhələli şəkildə qaytarılması prosesi – “Böyük ” proqramı davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, növbəti mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə, ümumilikdə 77 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər onlara yaradılan yaşayış və göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Eyni zamanda, torpaqların işğaldan azad olunmasında misilsiz xidmətləri olan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə ediblər, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Horovlu kəndinə köçürülən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…