Əsas məzmuna keç

Kəlbəcər və Laçında tullantılar üçün poliqonların yaradılmasına başlanılıb

Kəlbəcər və Laçında tullantılar üçün poliqonların yaradılmasına başlanılıb

və Laçın rayonlarının inzibati ərazilərində "təhlükəsiz tullantılar poliqonları"nın layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Təmiz Şəhər" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hər iki rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 50 min kubmetr olacaq. Hər iki poliqonun yerləşdiyi ərazidə mühəndis geoloji və hidroloji axtarış işləri aparılacaq.

Xatırladaq ki, 2022-ci ilin noyabr ayının 16-da İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.

Proqrama əsasən, Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları üzrə 9 poliqon ərazisi müəyyən edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…