Əsas məzmuna keç

Qarabağda mədəni irsin monitorinqi: UNESCO missiyası niyə baş tutmur?

Qarabağda mədəni irsin monitorinqi: UNESCO missiyası niyə baş tutmur?

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarixi abidələrin vəziyyəti ilə bağlı UNESCO missiyasının reallaşmaması beynəlxalq müstəvidə müzakirə mövzusu olaraq qalır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın bölgəsindəki nümunələrinin vəziyyəti uzun illər davam edən münaqişədən sonra hələ də müzakirə olunan əsas məsələlərdən biri olaraq qalır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra bu istiqamətdə müxtəlif danışıqlar aparılsa da, beynəlxalq qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunmayıb.

tərəfinin təqdim etdiyi məlumatlara görə, işğal dövründə bölgədə çoxsaylı tarixi və dini abidələrə ziyan dəyib. Rəsmi statistikaya əsasən, 8 şəhər, 1000-ə yaxın kənd, 65 məscid, 44 məbəd və 473 tarixi abidənin ciddi dağıntılara məruz qaldığı bildirilir. Həmçinin minlərlə muzey eksponatının talan edildiyi və ya məhv olunduğu qeyd olunur.

bir sıra tarixi abidələrin dağıdıldığını, memarlıq elementlərinin və kitabələrin zədələndiyini bildirir. Xüsusilə Qafqaz Albaniyasına aid abidələrdə dəyişikliklər edilməsi ilə bağlı iddialar səsləndirilsə də, bu məsələlər üzrə beynəlxalq səviyyədə müstəqil araşdırma aparılmayıb.

Məlumata görə, Azərbaycan münaqişədən əvvəl də UNESCO-ya faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı müraciətlər edib. Lakin təşkilat bu cür missiyanın tərəflərin razılığı əsasında həyata keçirilə biləcəyini bildirib.

Müharibədən sonra 1954-cü il Haaqa Konvensiyasına əsasən bölgəyə texniki missiya göndərilməsi təklifini irəli sürüb. Azərbaycan tərəfi missiyanın keçirilməsinə prinsip etibarilə etiraz etməsə də, onun mandatı, marşrutu və istifadə olunacaq terminologiya ilə bağlı mövqeyini açıqlayıb.

Tərəflər arasında missiyanın adı, tərkibi və fəaliyyət çərçivəsi ilə bağlı fikir ayrılıqları səbəbindən proses yekun razılaşma ilə nəticələnməyib. Sonrakı mərhələdə isə məsələ texniki qiymətləndirmədən siyasi müstəviyə keçib.

Hazırda Qarabağ bölgəsindəki mədəni irsin vəziyyətinin beynəlxalq səviyyədə hərtərəfli və obyektiv qiymətləndirilməsi üçün razılaşdırılmış missiya hələ də həyata keçirilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…