Operativ Məlumat Mərkəzi

İsrail HHQ sutka ərzində Qəzzada 130-a yaxın hədəfə hücum edib

2 dəq
Paylaş:
İsrail HHQ sutka ərzində Qəzzada 130-a yaxın hədəfə hücum edib

İsrail Hərbi Hava Qüvvələri (HHQ) son sutka ərzində 130-a yaxın hədəfə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail ordusunun məlumat yayıb.

Məlumata görə, vurulan hədəflər arasında silahlı radikalların dəstələri, hərbi tikililər, müşahidə məntəqələri və fələstinli radikal qrupların istifadə etdiyi digər infrastruktur obyektləri olub.

Anklavın şimalındakı Cəbəliyyədə toqquşmaların birində İsrail HHQ məxsus uçuş aparatı HƏMAS-ın hərbi qanadının sıralarında olan səkkiz radikalı məhv edib. Ordunun bildirdiyinə görə, hava hücumları ilə yanaşı, İsrail quru qüvvələri sutka ərzində radikallarla yaxın döyüşə girib.

Qəzza sektorunun cənubundakı Rəfah şəhərində də İsrail hərbçiləri bir neçə bölgədə fəaliyyətlərini davam etdirirlər.

hazırda Braziliya və Şabura bölgələrində terrorçuların hədəfləri ilə bağlı məlumatlar üzərində hərəkət edir, eyni zamanda ərazi boşaldıldıqdan sonra mülki əhalinin zərər çəkməsinin qarşısını almaq üçün bütün tədbirləri görürlər”, - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax