Əsas məzmuna keç

Qəzza zolağında 1 700-dən çox tibb işçisi həlak olub

Qəzza zolağında 1 700-dən çox tibb işçisi həlak olub

bu barədə Səhiyyə Nazirliyinin sözçüsü "Əl-Cəzirə" telekanalına açıqlamasında məlumat verib. Sözçü bildirib ki, hərbi əməliyyatlar zamanı 38 xəstəxana...

İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlar nəticəsində 1 700-dən çox işçisi həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin sözçüsü "Əl-Cəzirə" telekanalına açıqlamasında məlumat verib.

bildirib ki, hərbi əməliyyatlar zamanı 38 xəstəxana artilleriya və ya hava hücumlarına məruz qalıb. Bundan əlavə, İsrail hakimiyyətinin Qəzzaya yanacaq tədarükünü dayandırması həm səhiyyə sektorunu, həm də bütün anklavı ciddi humanitar fəlakət riski ilə üz-üzə qoyur.

Avqustun 18-də yayılan məlumatlara görə, zolaqdakı xəstəxanaların əksəriyyəti döyüşlər səbəbindən zədələnib və fəaliyyətini dayandırıb; təxminən 40 xəstəxanadan yalnız 15-i qismən işləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…