Operativ Məlumat Mərkəzi

İran Prezidenti hökuməti etirazçıların tələblərini dinləməyə çağırıb

1 dəq
Paylaş:
İran Prezidenti hökuməti etirazçıların tələblərini dinləməyə çağırıb

İran Prezidenti Məsud hökuməti ölkədə baş verən etiraz aksiyalarının iştirakçılarının tələblərinə diqqətlə yanaşmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İran mediasına istinadən xəbər verir ki, bu məqsədlə ölkənin nazirinə verdiyini açıqlayıb.

“Daxili işlər nazirinə tapşırıq verdim ki, etirazçıların nümayəndələri ilə dialoq apararaq onların haqlı tələblərini dinləsin və dövlət özünün tam potensialı ilə onların çətinliklərinin həlli istiqamətində fəaliyyət göstərsin”, – Pezeşkian bildirib.

Qeyd edək ki, İranın milli valyutası rialın ABŞ dolları qarşısında kəskin dəyər itirməsinə etiraz olaraq dünən paytaxt Tehran bazarlarında bir qrup sahibkar etiraz aksiyası keçirib. Hazırda vəziyyətlə bağlı aidiyyəti qurumlar tərəfindən müzakirələr aparıldığı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax