Əsas məzmuna keç

Pezeşkian Müctəba Xamenei ilə görüşdü

Pezeşkian Müctəba Xamenei ilə görüşdü

Prezident Məsud Pezeşkian Tehran görüşünün detallarını bölüşüb. Ali Rəhbərlə 2.5 saatlıq müzakirədə ölkəni parçalamaq planları və ordunun rolu barədə nələr danışıldı?

en ru

İran Prezidenti ölkənin Ali Rəhbəri Ayətullah Müctəba ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Məsud Pezeşkian İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məsul şəxsləri ilə görüşdə bu məsələyə toxunub.

O, İranın Ali Rəhbəri ilə görüşünün səmimi atmosferdə və qarşılıqlı hörmət mühitində keçdiyini bildirib.

“Bu yaxınlarda Ali Rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə görüş keçirdim. Görüş səmimi şəraitdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”, - İran Prezidenti deyib.

İran Prezidentinin sözlərinə görə, “düşmənlərin əsas məqsədi ictimai narazılıq yaratmaq, insanları küçələrə çıxarmaq, idarəetmə strukturunu zəiflətmək və nəticədə parçalamaq olub”.

“Lakin İran xalqı ordu, hüquq-mühafizə orqanları və qüvvələri ilə birlikdə vəziyyəti ən yaxşı şəkildə idarə etdi və bu ssenarilərin gerçəkləşməsinə imkan vermədi”, - o əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…