Əsas məzmuna keç

İran müdafiə qabiliyyətini gücləndirir: Pezeşkian açıqladı

İran müdafiə qabiliyyətini gücləndirir: Pezeşkian açıqladı

Prezident Məsud Pezeşkian ordunun logistikası və hərbi texnikanın modernləşdirilməsi barədə yeni planları açıqladı. Tehranın strateji addımları nədən ibarətdir?

en ru

"İran hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək, İran Silahlı Qüvvələrinin lojistik təminatını yaxşılaşdırmaq və mövcud hərbi texnikanı modernləşdirmək üçün bütün zəruri tədbirləri görür".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran Prezidenti deyib.

"Hökumət silahlı qüvvələrə hərtərəfli dəstək verir və müdafiə qabiliyyətini gücləndirmək, İran ordusu üçün logistika dəstəyi yaratmaq, silahları və əməliyyat infrastrukturunu modernləşdirmək və çəkindirmə potensialını artırmaq üçün strateji planların həyata keçirilməsini tam dəstəkləməyə davam etmək niyyətindədir", - o qeyd edib.

Qeyd edək ki, mayın 18-də ABŞ prezidenti Tehranın nüvə silahından imtina etməsini təmin edəcək razılığa gəlməyin mümkün olduğuna inanan Qətər, və BƏƏ-nin xahişi ilə 19 mayda planlaşdırılan ABŞ-ın İrana qarşı yeni hücumunu ləğv etdiyini açıqlamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…