Operativ Məlumat Mərkəzi

İran Prezidenti HƏMAS liderinin ölümü ilə bağlı terrorçulara xəbərdarlıq edib

2 dəq
Paylaş:
İran Prezidenti HƏMAS liderinin ölümü ilə bağlı terrorçulara xəbərdarlıq edib

İranın Prezidenti Pezeşkian İsmayıl Haniyənin qətli ilə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X"də yazıb.

O bildirib ki, İran İslam Respublikası öz bütövlüyünü, şərəfini qoruyacaq: "Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm. Qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha güclü davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək".

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax