Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pezeşkiyan: “Danışıqlar təslim olmaq demək deyil”

2 dəq
Paylaş:
Pezeşkiyan: “Danışıqlar təslim olmaq demək deyil”

İran Prezidenti ilə münasibətlər və prosesi barədə açıqlama verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Pezeşkiyan Tehranda keçirilən “Bugünün qadınları, sabahın İranı” adlı tədbirdə çıxışı zamanı İranın əsas məqsədinin müharibə deyil, ölkənin ərazi bütövlüyünü qorumaq olduğunu bildirib.

Prezidentin sözlərinə görə, Tehran ABŞ ilə dialoq qurmaqdan çəkinmir, lakin danışıqlar milli maraqlar və müəyyən prinsiplər əsasında aparılmalıdır.

Pezeşkiyan bildirib ki, İran müzakirələr prosesində “müdriklik, ləyaqət və milli maraqları” əsas götürərək addım-addım irəliləyəcək.

İran prezidentinin sözlərinə görə, ABŞ ilə danışıqların əsas məqsədləri arasında sanksiyaların aradan qaldırılması, bloklanmış maliyyə vəsaitlərinin edilməsi, həmçinin nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunması dayanır.

Pezeşkiyan danışıqların təslimiyyət kimi qiymətləndirilməməli olduğunu vurğulayıb. O, bu kontekstdə Çinin təcrübəsini nümunə göstərərək, ölkələrin iqtisadi rəqabət və inkişaf yolu ilə öz güclərini nümayiş etdirə biləcəyini bildirib.

İran Prezidenti əlavə edib ki, ölkənin müdafiəsi, xalqa xidmət və milli mənsubiyyət hissinin gücləndirilməsi dövlətin əsas prioritetləri olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə