Operativ Məlumat Mərkəzi

İran ərəb ölkələrini təhdid etdi

1 dəq
Paylaş:
İran ərəb ölkələrini təhdid etdi

İrana hücum etmək üçün öz hava məkanını sionist rejimə açan istənilən ərəb ölkəsi qanuni hücum hədəfimiz olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran nazirinin Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl-Sani ilə telefon danışığında deyib.

Baqiri mesajın bölgədə bütün ərəb ölkələrinə şamil edildiyini qeyd edib.

Xatırladaq ki, dünən səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində İsmayıl Haniyə və onun 1 mühafizəçisi öldürülüb.

İsrail hücumun məsuliyyətini üzərinə götürməsə də, Tehran hökuməti buna görə Təl-Əvivin məsuliyyət daşıdığını deyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax