Operativ Məlumat Mərkəzi

Hadı Rəcəbli dəfn olunub - YENİLƏNİB

2 dəq
Paylaş:
Hadı Rəcəbli dəfn olunub - YENİLƏNİB

, Milli Məclisin siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

***

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Hazırda onun cənazəsi dəfn olunması üçün II Fəxri xiyabana aparılır.

***

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, H.Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax