Əsas məzmuna keç

General Abbasəli Novruzov vəfat edib

General Abbasəli Novruzov vəfat edib

Sərhəd Qoşunlarının sabiq komandanı 89 yaşında dünyasını dəyişib. Hərbi xadim sabah Hərbi Memorial Məzarlıqda son mənzilə yola salınacaq. Təfərrüatlar:

en ru

Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib.

General sabah dəfn olunacaq.Onun Hərbi Məzarlıqda torpağa tapşırılacağı bildirilir.

Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub.
Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 37 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 38 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 90 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…