Əsas məzmuna keç

Müdafiə Nazirliyinin sabiq rəisi barədə məhkəmə qərarı verildi

Müdafiə Nazirliyinin sabiq rəisi barədə məhkəmə qərarı verildi

Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Həbs-qətimkan tədbiri dəyişdirildi, yoxsa cəza müddəti artırıldı? Təfərrüatlar.

en ru

Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Məlikzadə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə prosesi keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Hərbi Məhkəməsinin hökmünə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.

Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

R. Məlikzadə 9 milyon 369 min 411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848 000 manatını dövlət büdcəsinə ödəyib. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…