Operativ Məlumat Mərkəzi

Fransada baş nazir hökumətin səhv sosial proqnozlarını ört-basdır edir

2 dəq
Paylaş:
Fransada baş nazir hökumətin səhv sosial proqnozlarını ört-basdır edir

Fransanın Elizabet vəzifəyə gəldikdən sonra 14-cü dəfə konstitusion hüququndan istifadə edərək qanun layihəsinin Milli Assambleyada (parlamentin aşağı palatası) müzakirə edilmədən qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa parlamentinin “LCP” telekanalı məlumat yayıb.

Hökumətin məsuliyyəti ilə Fransa Konstitusiyasının 49.3-cü maddəsi çərçivəsində 2024-cü il üçün təminatın maliyyələşdirilməsi haqqında qanun layihəsi qəbul edilib.

Eyni zamanda, Born parlamentarilər tərəfindən “fırıldaqçılıqla mübarizə sistemlərini təkmilləşdirmək”, “müstəqil işçilərin hüquqlarını yaxşılaşdırmaq” və “istehsalçıların lazımi səviyyədə əczaçılıq töhfələrini almasını təmin etmək” üçün təklif olunan bir neçə düzəlişi saxlamağa razılaşıb.

Çərşənbə günü günortadan sonra deputatlar 2023-cü ildə büdcə kəsirinin 8,8 milyard səviyyəsində qeyd olunduğu və 2023-cü il üçün xərclərinin hədəfindən bəhs edən ilk iki maddənin mətndən çıxarılmasına səs veriblər.

Müxalifət hökumətin səhiyyə sektoruna kifayət qədər maliyyə ayrılmadığını və qanun layihəsində yer alan iqtisadi proqnozları qeyri-real adlandırıb, ona görə isə 2024-cü ildə sosial sığorta büdcəsi kəsirinin 11,2 milyard avro təşkil edəcəyini bildirib.

Baş nazirin qərarına cavab olaraq, “Milli Birlik Partiyası” və “Əyilməz Fransa” partiyası yenidən ayrı-ayrılıqda hökumətə etimad səsverməsi üçün müraciətlər təqdim edəcəklərini vəd ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax