Operativ Məlumat Mərkəzi

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

2 dəq
Paylaş:
FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Mərkəzi tərəfindən 2023-cü ilin planına uyğun olaraq FHN-in Mülki qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələrinin iştirakı ilə təlim keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Xidmətindən məlumat verilib.

Təlim xilasetmə əməliyyatlarına cəlb olunan qüvvələrin nəzəri və praktiki biliklərinin artırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, hündürmərtəbəli binalardan, kimyəvi zəhərlənmə ocaqlarından, sel, yanğın, torpaq sürüşməsi və digər zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə təşkil edilib.

Uğurla başa çatan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax