Əsas məzmuna keç

Bakıda obyektdə partlayış baş verib, 7 nəfər xəsarət alıb

Bakıda obyektdə partlayış baş verib, 7 nəfər xəsarət alıb

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

şəhəri, rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi Toğrul Mehdiyev deyib. O bildirib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, partlayış obyektdə qeydə alınıb. Partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

Paytaxtın Nərimanov rayonu ərazisində ofislərin birində baş vermiş partlayışla əlaqədar əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…