Operativ Məlumat Mərkəzi

Əli Əsədov hökumətin prioritetlərini açıqlayıb

2 dəq
Paylaş:
Əli Əsədov hökumətin prioritetlərini açıqlayıb

Azərbaycanın vəzifəsinə namizəd növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi və sərhədlərin toxunulmazlığının təmininin məsələ olacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Ə.Əsədov qeyd edib ki, İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqları azad etməsi ilə ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tarixinin ən şanlı səhifəsidir.

"Növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi, sərhədlərin toxunulmazlığının təmini əsas prioritet məsələ olacaq. Sosial sahədə inkişaf dövlət başçısının hər zaman diqqət mərkəzində olub. Əhalinin rifahının yaxşılaşdırılması, eləcə də şəhid ailələri və müharibə əlillərinin sosial rifahı önəmli vəzifə kimi yenə də hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə, azərbaycançılıq prinsipinə əsaslanaraq formalaşması, müasir çağırışlara yiyələnməsi gələcək inkişafın təminatçısı olacaq", - əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax