Operativ Məlumat Mərkəzi

COP30-un keçirildiyi ərazidə yanğın baş verib

1 dəq
Paylaş:
COP30-un keçirildiyi ərazidə yanğın baş verib

Braziliyanın Belem şəhərində COP30-un keçirildiyi ərazidə yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadla xəbər verir ki, BMT-nin iqlim danışıqları - COP30 Braziliyanın Belem şəhərində tədbir məkanında yanğın baş verməsi səbəbindən təxliyə olunur.

BMT-nin və əməkdaşları Belem şəhərindəki COP30 məkanında baş verən yanğını söndürmək üçün balonlarla hadisə yerinə qaçıblar. Duman dəhlizi bürüyüb və insanlar “yanğın!” deyə qışqırıblar.

iqlim hərəkatı təşkilatlarının da yer aldığı stendlər yanaraq kül olub.

COP30-un başa çatmasına bir gün qalmış baş verən hadisə isə təşkilatçılıq məsələlərinin zəif olduğunu bir daha nümayiş etdirir.

Xatırladaq ki, bundan əvvəl isə yağış suları iqlim zirvəsinin keçirildiyi əraziyə dolaraq iştirakçıların hərəkətinə maneə törətmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax