Əsas məzmuna keç

COP30-un keçirildiyi ərazidə yanğın baş verib

COP30-un keçirildiyi ərazidə yanğın baş verib

Braziliyanın şəhərində COP30-un keçirildiyi ərazidə yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadla xəbər verir ki, BMT-nin danışıqları - Braziliyanın Belem şəhərində yerləşən tədbir məkanında yanğın baş verməsi səbəbindən təxliyə olunur.

BMT-nin və təhlükəsizlik əməkdaşları Belem şəhərindəki COP30 məkanında baş verən yanğını söndürmək üçün dərhal balonlarla hadisə yerinə qaçıblar. Duman dəhlizi bürüyüb və insanlar “yanğın!” deyə qışqırıblar.

Beynəlxalq iqlim hərəkatı təşkilatlarının da yer aldığı stendlər yanaraq kül olub.

COP30-un başa çatmasına bir gün qalmış baş verən hadisə isə təşkilatçılıq məsələlərinin zəif olduğunu bir daha nümayiş etdirir.

Xatırladaq ki, bundan əvvəl isə suları iqlim zirvəsinin keçirildiyi əraziyə dolaraq iştirakçıların hərəkətinə maneə törətmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…