Əsas məzmuna keç

COP30 konfransı öncəsi problem yaşanır

COP30 konfransı öncəsi problem yaşanır

Braziliyanın şəhərində bu ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı – iştirakçı ölkələrin yaşayışla bağlı çətinlikləri ilə gündəmə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Bloomberg"ə istinadən xəbər verir ki, şəhərdə otel yerlərinin məhdudluğu və yüksək qiymətlər səbəbindən bir neçə dövlət konfransa daha kiçik ilə qatılmaq və ya ümumiyyətlə iştirakdan imtina etmək imkanını nəzərdən keçirir.

Forumun təşkilatçıları on minlərlə qonaq üçün əlavə yerlər axtarır, bu məqsədlə kruiz gəmilərində otaqların ayrılması müzakirə olunur. Hazırda 196 ölkədən yalnız 87-si yerləşmə rezervasiyasını təsdiqləyib.

Hollandiyanın İqlim Siyasəti və Yaşıl İnkişaf naziri Sofi Hermans bildirib ki, krallığın nümayəndə heyəti ötən illə müqayisədə daha azsaylı olacaq: “ və iqlim məsələləri kritik əhəmiyyət daşısa da, xərcləri nəzərə almalıyıq”.

Məlumata görə, artıq 73 ölkə üçün 15 obyekt ayrılıb. Burada bir gecəlik qalma haqqı 200 dollardan aşağı müəyyən edilib. Lakin bir çox nümayəndə heyəti onlarla, hətta yüzlərlə nəfərdən ibarət olur.

Qeyd edək ki, COP30 konfransı noyabr ayında Braziliyanın Para ştatının Belem şəhərində keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…