Operativ Məlumat Mərkəzi

Çin dünyanın ən böyük gəmisini Böyük Britaniyaya təhvil verib

2 dəq
Paylaş:
Çin dünyanın ən böyük gəmisini Böyük Britaniyaya təhvil verib

Çin Dövlət Gəmiqayırma Korporasiyası dünyanın ən böyük hibrid qurğusu ilə təmin olunan sərnişin gəmisini tamamlayıb Böyük Britaniyaya verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xarici mətbuata istinadən verdiyi məlumata görə, həm yanacaq, həm də elektrik dartma gücü ilə işləyə bilən gəmi Britaniyanın “P&O Ferries” tərəfindən sifariş edilib. O, Böyük Britaniyanın cənub-şərqindəki Duver ilə Fransanın şimalındakı Kale limanı arasında hərəkət edərək La Manş boğazı boyunca üzəcək.

Uzunluğu 230,5 metr olan gəmi 1,5 min sərnişini qəbul edə bilir. Onun üzərində quraşdırılmış akkumulyatorun gücü 8,8 MVt-saatdır ki, bu da 150 elektromobilin ümumi gücünə bərabərdir. Batareyanı dənizdə də doldurmaq olar, texnologiya generatordan artıq elektrik enerjisini ona ötürməyə imkan verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax