Operativ Məlumat Mərkəzi

Qərbi Avstraliyada “iPhone” görünüşlü silah tapılıb

2 dəq
Paylaş:
Qərbi Avstraliyada “iPhone” görünüşlü silah tapılıb
tapançanın heç bir lisenziyası olmadığı və kiminsə adına rəsmiləşdirilmədiyi üçün qaçaqmalçılıq yolu ilə gətirildiyi məlum olub. Polis smartfona bənzər...

Qərbi Avstraliya polisi narkotik satıcısının evində apardığı əməliyyat-axtarış tədbirləri zamanı qəribə görünüşlü iPhone ələ keçirib. Cihazın gizli silah olduğu ortaya çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, tapançanın heç bir lisenziyası olmadığı və kiminsə adına rəsmiləşdirilmədiyi üçün qaçaqmalçılıq yolu ilə gətirildiyi məlum olub. Polis smartfona bənzər silahın saxta olub olmadığını yoxlayacağını açıqlayıb.

Polis tərəfindən müsadirə edilən iPhone tapançası ötən ilə qədər fəaliyyət göstərmiş, hazırda fəaliyyət göstərməyən “İdeal Conceal” adlı şirkət tərəfindən hazırlanırdı.

Şirkət gizli smartfon kimi görünən silahın istehsalını artıq başa çatdırsa da, hələ də silahı keçmişdə almış insanlar tərəfindən istifadə olunur.

Açıldığında tapançaya çevrilən modelin hava limanları kimi yerlərdə təhlükəsizlik yoxlamalarından yayına bilməsi ehtimalına diqqət yetirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər