Dünyanın ən yatağan xalqları

Dünyanın ən yatağan xalqları
01.03.2023 14:44
Aa
dəq

Əhalisi normadan artıq yatan ölkələrin yeni siyahısı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, insan orqanizminin tələb etdiyi orta yuxu müddəti 8 saat olaraq müəyyənləşib. Lakin bir çox ölkələrdə bu norma gözlənilmir, insanlar daha çox yatmağa üstünlük verirlər. 

Məlumatlara görə, Yeni Zelandiya, Finlandiya, Niderland, Avstraliya və Böyük Britaniya əhalisi gün ərzində 7 saatdan çox yatmaqla siyahının ilk sıralarında yer alır. Adları çəkilən ölkələrin sakinləri dünyanın ən yatağan insanları hesab olunur. Sonrakı yerlərdə Belçika, İrlandiya və Fransa qərarlaşıb.

Türkiyədə isə insanların 50 faizdən çoxu gün ərzində 8 saat yatır. 

Həftənin ən çox oxunanları