Operativ Məlumat Mərkəzi

Cənubi koreya Türkiyədə 4 nüvə reaktoru tikmək fikrindədir

1 dəq
Paylaş:
Cənubi koreya Türkiyədə 4 nüvə reaktoru tikmək fikrindədir

Koreya Enerjisi Korporasiyasının (KEPCO) baş direktoru Çon Son İl Türkiyənin və təbii sərvətlər naziri Fatih Dönməzə bu ölkədə ümumi dəyəri 30 milyard ABŞ dollardan çox olan 4 nüvə reaktorunun tikintisi üçün ilkin müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu layihənin həyata keçirilməsi üçün ətraflı plan təqdim edib. KEPCO bu il nüvə obyektinin tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq və müqavilə imzalamaq niyyətindədir.

Xatırladaq ki, Cənubi Koreya hələ 2022-ci ildə hökuməti ilə ölkənin şimalında atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlara başlayıb. Nüvə reaktorlarının 1 400 MVt elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax