Operativ Məlumat Mərkəzi

Banqladeşdə hərəkatçılar müvəqqəti hökumət qururlar

2 dəq
Paylaş:
Banqladeşdə hərəkatçılar müvəqqəti hökumət qururlar

Banqladeşdə Həsinənin istefasına nail olan tələbə hərəkatı müvəqqəti hökumətin qurulmasına çalışır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, yeni hökumətin tərkibində kütləvi aksiyaları təşkil edən tələbələrin də olacağını deyiblər.

“Mülki cəmiyyətin təmsilçiləri və peşəkar qurumlar hökumətin qurulmasında iştirak edəcəklər. İndi bizim vəzifəmiz insanların həyatının və mülkiyyətinin təhlükəsizliyini təmin etməkdir. Bütün xalqı bir daha sülh yolu mövqeyini tutmağa təşviq edirik. qurmaq üçün hazırlıq görün”, - deyə koordinator Nahid İslam bildirib.

Baş nazir Şeyx Həsinə hökumətə qarşı bir neçə gün davam edən aksiyaları və qarşıdurmalardan sonra vəzifəsindən istefa verib və Hindistana qaçıb. Qarşıdurmalarda 300-ə yaxın şəxs ölüb, yüzlərlə insan xəsarət alıb. Etirazçılar ötən gün baş nazir iqamətgahına müdaxilə edib, ərazidə yanğınlar törədiblər. Həsinənin istefasından sonra aksiyaları zamanı həbs edilmiş əvvəlki baş nazir Xalidə Ziya və tələbələr də azadlığa buraxılıblar, komendant rejimi ləğv edilib.

Qeyd edək ki, hökumətə qarşı etiraz aksiyaları dövlət qulluğuna vakansiyaların yeni məzun olmuş tələbə sayından dəfələrlə az olması ilə əlaqədar idi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax