Operativ Məlumat Mərkəzi

Atəşkəsdən sonra Qəzzada 250-dən çox fələstinlinin cəsədi tapılıb.

2 dəq
Paylaş:
Atəşkəsdən sonra Qəzzada 250-dən çox fələstinlinin cəsədi tapılıb.

Oktyabrın 10-da atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağının müxtəlif bölgələrində hərbi nəticəsində 250-dən çox fələstinlinin cəsədi tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı anklavın qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, binaların dağıntıları altında hələ də minlərlə cəsəd qalır və xilasetmə texnikasının çatışmazlığı axtarış işlərini xeyli çətinləşdirir.

Xatırladaq ki, oktyabrın 6-da İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə vəziyyətin nizamlanması üzrə dolayı danışıqları bərpa ediblər.

Oktyabrın 9-da tərəflər ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin icrasına dair saziş imzalayıb.

Atəşkəs razılaşması oktyabrın 10-da Moskva vaxtı ilə saat 12:00-da qüvvəyə minib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax