Əsas məzmuna keç

Aİ Rusiya nümayəndələrinin hüquqlarını məhdudlaşdırmaq istəyir

Aİ Rusiya nümayəndələrinin hüquqlarını məhdudlaşdırmaq istəyir

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər təkcə diplomatlara deyil, həmçinin konsulluq işçilərinə, diplomatik...

19-cu anti-Rusiya çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələri rus diplomatlarının deyil, həm də missiyalarının bütün işçilərinin blok daxilində hərəkətini məhdudlaşdırmaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər təkcə diplomatlara deyil, həmçinin konsulluq işçilərinə, diplomatik nümayəndəliklərin və konsulluqların inzibati, texniki və xidmət işçilərinə, habelə onların ailə üzvlərinə şamil ediləcək.

Avropa rəsmiləri hesab edirlər ki, yeni qaydalar təxribatçı fəaliyyətlərin qarşısını almaq və Rusiyanın Aİ ölkələrində apardığı iddia edilən informasiya kampaniyalarına nəzarət etmək üçün tətbiq edilməlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…