Operativ Məlumat Mərkəzi

Ağ Evdən qalmaqallı açıqlama: “Qəzzada daimi atəşkəs tərəfdarı deyilik”

2 dəq
Paylaş:
Ağ Evdən qalmaqallı açıqlama: “Qəzzada daimi atəşkəs tərəfdarı deyilik”

Ağ Evin Milli Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Qəzzada davamlı atəşkəsi dəstəkləmədiklərini, lakin “ fasilənin” uzadılmasını istədiklərini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Con Kirbi Ağ Evdə keçirdiyi konfransında deyib.

O, İsrail və HƏMAS arasındakı münaqişədə “humanitar pauza”dan danışıb. Ağ Ev rəsmisi Qəzzada davamlı atəşkəsi dəstəkləmədiklərini, lakin 7 günlük "humanitar fasilənin" 8, 9, 10 gün və sonra da uzadılmasını görmək istədiklərini açıqlayıb.

Qərbi Qüdsün girişində israillilərə qarşı silahlı hücumun Qəzzada "humanitar fasiləyə" təsir edib-etməyəcəyi sualına isə Kirbi şiddətin razılaşmanın uzadılmasına təsir edəcəyini düşünmədiyini bildirib.

Kirbi bildirib ki, son nəticədə İsrail və HƏMAS-ın bu razılaşmanın uzadılması ilə bağlı parametrləri razılaşdırmalıdırlar. O, -ın “humanitar fasilənin” uzadılmasını dəstəkləyəcəyini bildirib.

Kirbi, Qəzza sakinlərinə daha çox qida, su, dərman və yanacaq çatdırmaq üçün son bir həftədə görülən işlərin diqqətdən kənarda qalmamasının lazım olduğunu və "humanitar fasilənin" uzadılması üçün çox çalışdıqlarını vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax