BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Bəlouç bildirib ki, Livan sakininin beşdə biri və ya bir milyondan çox insan İsrailin hücumları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Hazırda Livanda bir milyondan çox insan regionda və Livanın özündə münaqişənin kəskinləşməsi səbəbindən didərgin düşüb", - o bildirib.
Bəluc əlavə edib ki, hər beş nəfərdən biri köçkün hesab olunur və onların çoxu çarəsiz vəziyyətdədir.
BMT nümayəndəsinin sözlərinə görə, Livandakı humanitar vəziyyət gündən-günə pisləşir.
O əlavə edib ki, son bir ay ərzində 200 min insan Livandan qonşu Suriyaya qaçıb, onlardan 180 min suriyalı qaçqın və 20 min livanlı var.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində ölənlərin sayı 1345-ə çatıb.