Əsas məzmuna keç

Livan üçün 10 ölkədən atəşkəs çağırışı: Döyüşlər dayandırılsın

Livan üçün 10 ölkədən atəşkəs çağırışı: Döyüşlər dayandırılsın

Kanada, Braziliya və Yaponiya daxil 10 ölkə ABŞ, İsrail və İran arasındakı atəşkəsi dəstəkləyib. 2 mindən çox itkinin olduğu bölgədə BMT-dən kritik xəbərdarlıq var.

en ru

Kanada, Birləşmiş Krallıq, Avstraliya, , , Kolumbiya, İndoneziya, İordaniya, Syerra-Leone və İsveçrə Livanda pisləşən humanitar vəziyyət və didərginlik böhranı ilə bağlı birgə bəyanat yayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Məlumata görə, , İsrail və İran arasında atəşkəsi alqışlayan ölkələr Livanda döyüşlərin dərhal dayandırılmasını tələb ediblər.

Bəyanatda qeyd olunur: “Mülki şəxslər və mülki infrastruktur hərbi əməliyyatların təsirlərindən qorunmalıdır. Ən həssas əhalini qorumağa və kömək etməyə çalışan humanitar işçilərə hörmət və mühafizə edilməlidir”.

Digər hissədə isə vurğulanır: “Humanitar personalın təhlükəsizliyini təhdid edən hücumlar dayandırılmalıdır. Münaqişənin bütün tərəfləri bütün hallarda beynəlxalq humanitar hüquqa hörmət etməlidirlər”.

Ölkələr həmçinin sülhməramlılarının ölümünə səbəb olan və Livanın cənubunda humanitar riskləri artıran hərəkətləri kəskin şəkildə qınayıblar.

Qeyd edək ki, Livan 2 martdan bəri davam edən qarşıdurmalar fonunda ciddi humanitar böhran yaşayır. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2 mart–14 aprel aralığında ölənlərin sayı 2124 nəfərə, yaralıların sayı isə 6921 nəfərə çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…