Operativ Məlumat Mərkəzi

ABŞ: Qəzza ilə bağlı sülh sazişlərinin icrası HƏMAS-dan asılıdır

2 dəq
Paylaş:
ABŞ: Qəzza ilə bağlı sülh sazişlərinin icrası HƏMAS-dan asılıdır

Girovların azad edilməsi və atəşkəslə bağlı razılaşmaların həyata keçirilməsi Fələstinin hərəkatının bütün şərtlərlə razılaşmasından asılıdır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlər üçün xüsusi telefon brifinqində bildirib.

"Artıq razılaşma var, bu, çərçivə razılaşmasıdır. İsrail bunu az-çox qəbul edib. HƏMAS həssas girovların müəyyən bir kateqoriyasını - xəstələr, yaralılar, qocalar və qadınları azad etməyə razı olarsa, Qəzzada altı həftəlik atəşkəs bu gün başlayacaq. Artıq bir müddətdir bununla bağlı danışıqlar gedir. İndi top HƏMAS-ın meydanındadır", - o deyib.

Onun sözlərinə görə, tərəflər Dohada danışıqları davam etdirir. "Bir müddətdir ki, Ramazana qədər onları tamamlamaq üçün . Son bir neçə həftə ərzində əhəmiyyətli irəliləyişlər əldə olunub. Amma hələ ki, müqavilə bağlanmayıb", - o bildirib.

O əlavə edib ki, radikalların razılaşması Qəzzada mülki şəxslər üçün humanitar yardımın həcminin artırılmasına kömək edəcək. Administrasiya rəsmisinin sözlərinə görə, ABŞ martın 2-də Fələstin anklavına ilk yardımın təyyarələrlə çatdırılmasını uğurla həyata keçirib və yaxın həftələrdə də yardımı hava yolu ilə çatdırmağa davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax