Samir Hümbət oğlu Hümbətov
İdarə Heyəti sədrinin birinci müavini
Tərcümeyi-hal
Samir Hümbət oğlu Hümbətov 1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub.
2002–2017-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda məsləhətçi, aparıcı məsləhətçi və şöbə müdiri vəzifələrində işləyib. 2018-ci ildə Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri və şöbə rəisi olub. 2019–2021-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini, 2021–2025-ci illərdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
22 aprel 2025-ci ildən KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavinidir.
Prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malikdir. Evlidir, bir övladı var.
Təhsil
- 1999 — Azərbaycan Dövlət İqtisad Universiteti, beynəlxalq iqtisadi münasibətlər, bakalavr
- 2004 — Azərbaycan Dövlət İqtisad Universiteti, magistr (fərqlənmə diplomu)
- İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun dissertantı